Hərbçilər Əfqanıstana getdi

Hərbçilər Əfqanıstana getdi
  08 İyul 2014    Oxunub:790
İyulun 8-də Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb,
Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti