Prezident Göyçaya pul ayırdı

Prezident Göyçaya pul ayırdı
  09 İyul 2014    Oxunub:738
Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,4 milyon (iki milyon dörd yüz min) manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılıb.


Teqlər:





Xəbər lenti