Prezidentdən “ADA” ilə bağlı fərman

Prezidentdən “ADA” ilə bağlı fərman
  09 İyul 2014    Oxunub:801
Prezident İlham Əliyev “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən, “ADA” Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin və məlumat versin.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“ADA” Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“ADA” Universiteti nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“ADA” Universitetinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “ADA” Universitetinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti