Mehriban Əliyeva Kannda - FOTOLAR

Mehriban Əliyeva Kannda - FOTOLAR
  09 İyul 2014    Oxunub:1225
İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.

“Azərbaycan cazı” gecəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.

Konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz izləyicilərə xoş anlar yaşadıb.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanıb və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

Azərbaycan günləri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.
Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradıb.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaqdır. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcəkdir. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti