3 əsgərimiz yaralandı

3 əsgərimiz yaralandı
  09 İyul 2014    Oxunub:785
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

AzVision.az


Teqlər:





Xəbər lenti