“7 rayonun qaytarılmasından söhbət gedə bilməz”

“7 rayonun qaytarılmasından söhbət gedə bilməz”
  09 İyul 2014    Oxunub:788
"Cənab Prezident həmişə bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz".
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına dair səslənən fikirləri şərh edərkən deyib.

A.Əzimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, 7 rayondan başqa Dağlıq Qarabağ ərazisi də işğal altındadır.

Nazir müavini bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan Daqlıq Qarabağ və ona bitişik 7 rayon boşaldılmalıdır: "Azərbaycan tərəfi həmişə bu məsələni belə qoyub. Bizim dövlət başçımız həmin nitqində bunu bir daha təsdiq edib".


Teqlər:  





Xəbər lenti