“Onu unutmayın” – Vaqif Arzumanlının həyat yoldaşı
“İki il idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Nabrana gəlmişdi, orada vəfat etdi. Dəqiq nə vaxt dəfn olunacağı məlum deyil, amma ata yurdu Xudatda torpağa tapşırılacaq”.
Həyat yoldaşı mətbuata çağırış edərək bu məsələni diqqətdə saxlamağı xahiş edib.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləyib. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviri kimi çalışıb.
Bir çox kitab və monoqrafiyanın müəllifi olan professor bu gün, 67 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Fatimə Kərimli