İki nəfərin diri-diri yandığı qəza ilə bağlı Açıqlama

İki nəfərin diri-diri yandığı qəza ilə bağlı  Açıqlama
  10 İyul 2014    Oxunub:946
Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 254-ci kilometrliyində, Ucar rayonu ərazisində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili ilə "Mercedes" markalı yanacaq daşıyan avtomobil toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobilin aftoçənində olan yanacaq yerə dağılıb və hər iki avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə sakinlər tərəfindən xəstəxanaya aparılıb.

"Qazel" markalı avtomobilin sürücüsü 1975-ci il təv. Quliyev Zabir Səməd oğlunun meyiti və avtomobildə olan şəxsiyyətləri məlum olmayan sərnişinlərdən 1 nəfərin meyiti və digər 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti