Axtarışda olan 9 nəfər tutulub

Axtarışda olan 9 nəfər tutulub
  10 İyul 2014    Oxunub:1021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 17 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.


Teqlər:  



Xəbər lenti