Qatarda bilet davası: əsgər yerləri satılıb

Qatarda bilet davası: əsgər yerləri satılıb
  10 İyul 2014    Oxunub:986
Bakı-Böyük Kəsik istiqamətində hərəkət edən qatarda əsgərlər üçün ayrılmış yerlər vətəndaşlara satılıb.
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hərbi xidmətə çağırılan əsgərlər üçün ayrılan 4-cü vaqonun biletlərinin ayrı-ayrı vətəndaşlara satılması hay-küyə səbəb olub.
Vaqonda ayaqüstə qalan vətəndaşlar bələdçilərlə yer davası etsə də, məsələ öz həllini tapmayıb.

Vətəndaşları sakitləşdirmək üçün onlara yerlə təmin olacağı bildirən bələdçinin sözlərinə görə, anlaşılmazlıq olub və problem tez bir zamanda aradan qaldırılacaq.

Sevinc İltifatqızı






Teqlər:  





Xəbər lenti