Prezident qanunda dəyişiklik etdi

Prezident qanunda dəyişiklik etdi
  10 İyul 2014    Oxunub:942
Prezident İlham Əliyev “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 480) aşağıdakı məzmunda 13.2-1-ci maddə əlavə edilib.

Maddədə bildirilir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir”.


Teqlər:





Xəbər lenti