67 yaşlı kişi mənzilində ölü tapıldı

67 yaşlı kişi mənzilində ölü tapıldı
  10 İyul 2014    Oxunub:926
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü Sərdar Bədəlov köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədəki mənzilə eyvanından daxil olublar.

Mənzilə baxış keçirilərkən Sərdar Bədəlov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Bədəlovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:49-da başa çatıb.


Teqlər:



Xəbər lenti