Antikorrupsiya Komissiyası rüblük HESABATI AÇIQLADI

Antikorrupsiya Komissiyası rüblük  HESABATI AÇIQLADI
  09 İyul 2014    Oxunub:926
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ikinci Bülletenini yayımlayıb. Sənəddə ilin ikinci rübündə korrupsiyaya qarşı həyata keçirilmiş tədbirlər sadalanır.

Məlumatda öncə xatırladılır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdi. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planı Azərbaycan Respublikasında dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, həmçinin bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədini daşıyır.

Daha sonra bu rüb ərzində görülən işlər sadalanır.

Xatırladılır ki, Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində 30 iyul – 1 iyun tarixlərində Bakı şəhərində “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq Konfrans keçirilib.



Komissiya ötən rüb ərzində fəaliyyəti barədə ictimaiyyəti məlumatlandlrmaq üçün sosial şəbəkədə twitter hesabı açıb, məşhur elektron kitabxana olan Wikipedia-da ingilis və azərbaycan dillərində Komissiyanın elektron səhifəsini yaradıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın rəsmi veb ünvanı olan www.antikorrupsiya.gov.az portalı təkmilləşdirilmiş, qanunvericilik bazası ingilis dili də daxil olmaqla tam yenilənib.

Görülən işlərlə tam şəkildə tanış olmaq üçün hesabatın Azərbaycan dilində olan versiyasını BURADA oxuya bilərsiniz. İngilis versiyası isə BURADA yerləşir.

AzVision.az


Teqlər:  





Xəbər lenti