Hərbçilər qəzaya düşdü, yaralılar var

Hərbçilər qəzaya düşdü, yaralılar var
  10 İyul 2014    Oxunub:1013
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə yol qəzası baş verib, 2 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən xəbərə görə ki, iyulun 9-da Masallı rayonununda, Ələt-Astara yolunun 164 km-də DSX-nin hərbi qulluqçusu, gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə, sola istiqamətlənərək avtomobili aşırıb.
Nəticədə sürücü gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu və onun sərnişini, DSX-nın zabiti, leytenant Hüseynov Malik Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti