Nazirlikdən təkzib: Özəl ali məktəblər bağlanmayacaq

Nazirlikdən təkzib: Özəl ali məktəblər bağlanmayacaq
  10 İyul 2014    Oxunub:792
Təhsil Naziri Mikayıl Cabbarovun qərarı ilə Azərbaycan İctimai Siyasi Universitetdən sonra daha bir neçə ali məktəbin fəaliyyətinin dayandırılacağı haqda məlumatlar yayılıb.

Bu iddialarla bağlı Təhsil Nazirliyi AzVision.az-ın sorğusuna rəsmi cavab verib.

Nazirlik özəl ali məktəblərin bağlanması xəbərini təkzib edərək bu məlumatların həqiqətə uyğun olmadığını, adıçəkilən özəl ali təhsil müəssisələrdə yoxlamaların aparılmadığını açıqlayıb.

Qeyd edək ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Bakı Biznes Universiteti, Asiya və Təfəkkür Universitetlərində Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb və bu universitetlərin bağlanması gözlənilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti