Ramil Usubovdan yeni rəis təyinatları

Ramil Usubovdan yeni rəis təyinatları
  10 İyul 2014    Oxunub:904
Bakı şəhərində bir neçə polis bölməsinə yeni rəis təyin olunub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı bölməyə rəis təyin edilib.

Bundan başqa, Binəqədi RPİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi təyin olunub.(Apa)


Teqlər:



Xəbər lenti