Nazirlikdən hava xəbərdarlığı

Nazirlikdən hava xəbərdarlığı
  10 İyul 2014    Oxunub:1253
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Gündüz cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi cənub rayonlarında şimşək çağacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-28 dərəcə isti olacaq.

Tibbi-meteroloji proqnoza əsasən iyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur və arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.



Teqlər:  



Xəbər lenti