“Prezidentə təşəkkür edirəm” – Rəsulzadənin nəvəsi

“Prezidentə təşəkkür edirəm” – Rəsulzadənin nəvəsi
  10 İyul 2014    Oxunub:1075
“Mənim adımdan prezidentə təşəkkür edin. Ona minnətdaram”.
Bunu AzVision.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, müalicə üçün Almaniyaya göndərilən Rais Rəsulzadə deyib. O bildirib ki, artıq dünəndən Almaniyadadır: “Almaniyadayam, bir azdan həkimlər məni müayinə edəcək”.
Xəstəliyi barədə ətraflı məlumat vermək istəməyən Rəsulzadə orada neçə gün müalicə olunacağının da dəqiq məlum olmadığını deyib.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

O, dövlət hesabına bu ölkənin məşhur “Şarite” hospitalında əməliyyat ediləcək və müalicə alacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti