Magistraturaya qeydiyyat uzadıldı

Magistraturaya qeydiyyat uzadıldı
  10 İyul 2014    Oxunub:810
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb.Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti