Oqtay Şirəliyev Sumqayıtda qəbul keçirəcək

Oqtay Şirəliyev Sumqayıtda qəbul keçirəcək
  10 İyul 2014    Oxunub:736
Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 11-də Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nazir Sumqayıt sakinləri ilə yanaşı, Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti