Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  10 İyul 2014    Oxunub:1071
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Ağayev Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti