100 minlik cinayət işi məhkəməyə göndərilib

100 minlik cinayət işi məhkəməyə göndərilib
  10 İyul 2014    Oxunub:1105
Vətəndaşların külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, istintaq zamanı Bakı şəhər sakini Vətəndust Şaqra Həsən qızının etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə paytaxt sakinlərini ayrı-ayrı dövlət orqanları və özəl şirkətlərdə müvafiq vəzifələrə təyin etdirmək adı ilə 119 min 800 manat məbləğində pullarını aldadaraq ələ keçirməklə dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Teqlər:





Xəbər lenti