Nazirliyə şikayətlərin sayı azalıb

Nazirliyə şikayətlərin sayı azalıb
  10 İyul 2014    Oxunub:761
2014-cü ilin birinci yarısında dövlət vergi orqanlarına 47625 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çoxdur.

Vergilər Nazirliyindən verilən məlumata görə, daxil olmuş müraciətlərin 73,7 faizi müsbət həll olunmuş, 15,5 faizi barədə müvafiq izahatlar verilib, 4,4 faizi əsassız sayılıb, 1,4 faizi qismən həllini tapıb, 0,8 faizi aidiyyəti üzrə göndərilib, 4,2 faizi isə icradadır.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalıb.

Onların 33,7 faizi əsassız sayılmış, 39,5 faizi üzrə müvafiq zahatlar verilib, 11,8 faizi müsbət həll olunub, 5 faizi aidiyyəti üzrə göndərilib.

Məlumatda bildirilir ki, ilin birinci yarısında Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilmişdir. Həmin vətəndaşların müraciətlərinin 72,5 faizi maddi yardım, şəxsi və digər məsələlər, 21 faizi vergi orqanlarında işə qəbul, 4,5 faizi iş yerinin dəyişdirilməsi, 2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlə əlaqədar olub.

Vergilər naziri Fazil Məmmədov həmin müddətdə Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında 200 nəfərdən çox vətəndaşı qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti