“Azadlıq uğrunda döyüşmək istəyən təqaüdçü F-16 pilotları Ukrayna tərəfindən işə götürülə bilər. Kiyev öz poltolarını hazırlayana qədər ukraynalılar NATO ölkələri arasında təqaüdə çıxmış hazır pilotlar axtaracaqlar. Beləliklə, Ukrayna daha əvvəl müttəfiqlərin verdikləri F-16 təyyarələrini öz pilotları təlim keçərkən istifadə edə biləcək. Mən bu məsələni qaldıracağam. Mən prezident Baydendən xahiş edəcəyəm ki, vəzifəsini tərk etməzdən əvvəl bu dəvətin verilməsini təmin etsin”, - amerikalı senator deyib.
Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə Lindsi Qrem Kiyevin Moskva ilə müharibədə nəinki duruş gətirdiyindən, hətta Rusiya ərazilsinə müdaxiləsindən məmnun olduğunu vurğulayıb.
“Deyirdilər “Kiyev 3 günə yıxılacaq”, amma məlum oldu ki, 2,5 ildən sonra artıq Rusiyaya müdaxilə edirsiniz. Biz sizin hökumətinizlə fəxr edirik. Cəsarətlidir. Şadam ki, bu barədə bizi xəbərdar etmədiniz, demədiyiniz, amma bunu etdiniz”, - respublikaçı senator bildirib.
Moskva: "Kurska hücumda NATO-nun əli var" |
Sahil İsgəndərov
AzVision.az