Hərbçilərimiz Əfqanıstandan qayıtdı

Hərbçilərimiz Əfqanıstandan qayıtdı
  11 İyul 2014    Oxunub:768
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında iyulun 10-da Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Silahlı Qüvvələrimizin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.




Teqlər:





Xəbər lenti