Ramil Usubov rəisləri Bakıya topladı

APA-nın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.
Teqlər: