6 ayın yol faciəsi: 512 ölü

6 ayın yol faciəsi: 512 ölü
  11 İyul 2014    Oxunub:900
Bu il Azərbaycanda baş verən yol qəzalarında 512 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Namidan Piriyevin apa-ya verdiyi məlumata görə, cari ilin ilk 6 ayında respublika ərazisində 1216 yol qəzası baş verib. Nəticədə 512 nəfər ölüb, 1234 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 150, ölüm sayı 44, yaralı sayı isə 218 fakt azalıb.

Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 444 yol qəzası baş verib. Nəticədə 160 nəfər ölüb, 320 nəfər yaralanıb.

Hesabat dövründə sərxoş sürücülər tərəfindən 30 yol qəzası qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 39 nəfər yaralanıb.

Cari ilin ilk 6 ayında surət həddini aşma səbəbindən 353 yol qəzası qeydə alınıb. Nəticədə 176 nəfər ölüb, 285 nəfər yaralanıb.


Teqlər:  





Xəbər lenti