XİN-dən Xocalı aeroportu ilə bağlı AÇIQLAMA

XİN-dən Xocalı aeroportu ilə bağlı AÇIQLAMA
  11 İyul 2014    Oxunub:1463
XİN Xocalı aeroportundan uçuşların həyata keçirilməsi ilə bağlı yayılan xəbərlərin təxribat olduğunu bəyan edir.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, erməni mətbuatında Xocalı aeroportundan uçuşların həyata keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Onun sözlərinə görə, bütün işğal olunmuş ərazilərimiz qapalı hava məkanı elan edilib və ermənilər tərəfindən uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlar təxribatdan başqa bir şey deyil.

" Onlar vaxtaşırı bu cür təxribatlar yayırlar. Azərbaycanın icazəsi olmadan, hər hansı bir uçuşun həyata keçirilməsi qeyri-mümkündür. Bu məsələ ilə bağlı Azərbaycan mövqeyini dəfələrlə səsləndirib. Biz hətta erməni mətbuatında təxribat xarakterli məlumatların yayılması ilə bağlı beynəlxalq təşkilatlara da müraciət etmişik. Xüsusilə, Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) məsələ müzakirə olunub. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir və Azərbaycanın tərkib hissəsidir".

XİN sözçüsü Xocalı aeroportunda uçuşlar həyata keçirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmmsədrlərinin mövqeyini də xatıladıb.

"Erməni tərəfinin bu cür təxribatları yalnız və yalnız sülh prosesinə xələl gətirməyə yönəlib və danışıqlar prosesinə zərbədir. Əgər belə bir təxribat olarsa, bu, çox təhlükəli bir məcraya yönələ bilər. Biz o vaxt bunu həmsədrlərin də diqqətinə çatdırmışdıq. Həmsədrlər də bu məsələni rəsmi Yerevan qarşısında qaldırdılar. Həmsədr ölkələrin qəbul etdiyi bəyanatda da aeroport məsələsi ilə bağlı qeyd edilirdi ki, Ermənistan bu cür təxribatların həyata keçirilməsindən əl çəkməlidir. Yəni bu, münaqişənin həllinə çox mənfi təsir göstərə bilər və sülh prosesinə xələl gətirə bilər" (Aktual.az).


Teqlər:  





Xəbər lenti