Xanım Qafarova ilə vida mərasimi evində olacaq

Xanım Qafarova ilə vida mərasimi evində olacaq
  11 İyul 2014    Oxunub:1478
Əməkdar artist Xanım Qafarova ilə vida mərasimi evində keçiriləcək. Bu barədə AzVision.az-a Xalq artisti Afaq Bəşirqızı məlumat verib. Onun sözlərinə görə, mərhum Kürdəxanıda dəfn olunacaq: “Hazırda Xanımın evindəyik, bir azdan dəfn etmək üçün Kürdəxanaya aparılacaq”.

Qeyd edək ki, əməkdar artist Xanım Qafarova iyulun 10-da 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Nihadə Eyyubova
AzVision.az




Teqlər:  





Xəbər lenti