Anar Məmmədovun işçisi qətlə yetirildi
“Qarant Holdinq"in hüquqşünası Ruslan Məmmədov faktı “Azadlıq” qəzetinə təsdiqləyib. Bildirib ki, “Qarant Sığorta”nın işçisi Natəvan Əliyeva iyulun 11-də işə gəlməyib. Maraqlanıblar, bəlli olub ki, mənzilində qətlə yetirilib. Hüquqşünas hadisə barədə əlavə məlumatları olmadığını, qətlin nə səbəbdən baş verdiyini bilmədiklərini, faktla bağlı hazırda hüquq-mühafizə orqanlarının araşdırma apardığını deyib.
Nəsimi Rayon Prokurorluğundan da virtualaz.org saytına faktı təsdilədilər. Prokurorluqdan bildirildi ki, Natəvan Əliyevanın meyiti öz mənzilində aşkar edilib. Meyitin üzərində kəsilmiş, deşilmiş xəsarətləri olub. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, "Qarant Sığorta" "Qarant Holdinq"ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Teqlər: