Abdulla Gül prezidentə salam göndərdi

Abdulla Gül prezidentə salam göndərdi
  12 İyul 2014    Oxunub:739
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilib.
Bu gün Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezident Abdullah Gül Türkiyə-Azərbaycan münasibətlərindəki doğmalığı, qardaşlıq əlaqələrinin inkişafını xalqlarımız üçün qürur mənbəyi kimi səciyyələndirib.

Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə Türkiyə Prezidentinə təşəkkür edən Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırıb.

Prezident Abdullah Gül onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib, ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlılığın sarsılmaz olduğunu söyləyib.

Türkiyə Prezidenti Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının nəticələri ilə maraqlanıb.

Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər və imzalanmış protokol barədə məlumat verib.(ans)


Teqlər:





Xəbər lenti