Nazirlikdən qayıq vuran uşaqla bağlı açıqlama

Nazirlikdən qayıq vuran uşaqla bağlı  açıqlama
  12 İyul 2014    Oxunub:1161
Novxanı çimərliyində faciənin baş verməsi təsdiqlənib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada hadisənin gəzinti qayığı tərəfindən törədildiyi bildirilib.

"Çimərlikdəki istirahət mərkəzlərindən birində dənizdə çimən uşaq qayıqla vurulub. Lakin qayıq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə aid olmayıb".

Uşaq təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qayığın pərləri çimərlikdə çimən oğlan uşağı uşağın üzünü parçalayıb.


Teqlər:  





Xəbər lenti