Vyanada azərbaycanlı qadınların hüquqlarından danışıldı

Vyanada azərbaycanlı qadınların hüquqlarından danışıldı
  12 İyul 2014    Oxunub:967
İyulun 10-11-də Avstriyanın Vyana şəhərində “ATƏT-in gender bərabərliyinə nəzər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Əllidən çox ölkənin nümayəndələrinin iştirak etdikləri konfrans gender aspektinin idarə edilməsi, qadınların ictimai-siyasi həyatda iştirakı, iqtisadi hüquqların və imkanların genişləndirilməsində gender aspekti, qadınlara qarşı zorakılıqla mübarizə, gender bərabərliyinin təmin edilməsində institusional mexanizmlər mövzuları üzrə sessiyalar keçirilib.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında və 3-cü sessiyasında çıxış edib. H.Hüseynova Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, məişət zorakılığına qarşı mübarizə, qadın sahibkarlığının inkişafı ilə bağlı görülən işlərdən danışıb. Komitə sədri Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış müsbət təcrübə və nailiyyətlər barədə ətraflı məlumat verib.

Konfrans çərçivəsində H.Hüseynova ABŞ, Rusiya, Belarus və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qadın hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq memorandumlarının imzalanması, əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.


Teqlər:





Xəbər lenti