175 ildən sonra...

İki mövzuda keçirilən müsabiqəyə 100-ə yaxın foto qəbul olunub. Təxminən 1 ay ərzində ölkənin tanınmış fotoqraflarının iştirakı ilə keçirilən qiymətləndirmə nəticəsində hər iki mövzu üzrə seçilmiş fotoların müəlliflərinə sertifikatlar verilib.
Əsas mövzu olan"Ölkəm Şərq əməkdaşlığında" mövzusu üzrə fərqlənən fotoların müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub. Adıçəkilən mövzu üzrə qaliblər - Gülnar Səlimova, Əlizamin Səfərov, Əli Xudiyev, Natəvan Vahabova ölkəmizi Ukrayna, Moldova, Gürcüstan və Belarusiyada keçiriləcək beş günlük plenarda təmsil edəcəklər.
Qeyd edək ki, foto müsabiqə Avropa Birliyinin maliyyə dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə keçirilir.
Teqlər: