İyulun 14-dən 18-dək Almaniyanın Oberammerqau şəhərində quru qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək İsveçrənin Andermatt şəhərində təkmilləşdirilmiş yay dağ təlimi kursu, avqustun 1-dək Çex Respublikasının Vişkov şəhərində komanda və qərargah kursu keçiriləcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.