6 ayda 512 nəfər qəzada ölüb

6 ayda 512 nəfər qəzada ölüb
  13 İyul 2014    Oxunub:1003
2014-cü ilin altı ayı ərzində respublika ərazisində 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu hadisələr nəticəsində 512 nəfər ölüb, 1234 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 150 fakt, yaralananların sayı 218, həlak olanların sayı isə 44 nəfər azalıb.
Yol-nəqliyyat hadisələrinin əksəriyyəti avtomobillərin toqquşması və aşması, yüksək sürətlə idarə olunması, piyadaların vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması və digər səbəblərdən baş verib.


Teqlər:





Xəbər lenti