Bakı-Tbilisi-Qars ilin sonuna hazır olacaq

Bakı-Tbilisi-Qars ilin sonuna hazır olacaq
  13 İyul 2014    Oxunub:757
Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır.
Bunu Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib.

Dövlətimizin başçısı bildirib ki, bununla da Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq.

Yaxın aylarda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsinin də istifadəyə veriləcəyini xatırladan Prezident İlham Əliyev bildirib ki, bundan sonra ikinci mərhələnin inşası başa çatdırılacaq. Birinci mərhələ istifadəyə verildikdən sonra Bakının mərkəzindəki liman köçürüləcək və orada ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq.


Teqlər:  





Xəbər lenti