İtkin düşən şəxs meşədə tapıldı

İtkin düşən şəxs meşədə tapıldı
  13 İyul 2014    Oxunub:1235
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonu, Lahıc qəsəbəsində meşə ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, iyulun 12-dən itkin düşmüş vətəndaşın axtarışı İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən mütəmadi davam etdirilib. Vətəndaş Nial dağlarının kənarındakı meşəlik ərazidən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat bu gün saat 10:30-da başa çatıb.


Teqlər:  



Xəbər lenti