Əlillik almaq üçün 21720 nəfər müraciət edib

Əlillik almaq üçün 21720 nəfər müraciət edib
  13 İyul 2014    Oxunub:805
2014-cü ilin birinci yarısında respublikada əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onlara göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra zəruri tədbirlər görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazir qeyd edib ki, ötən 6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 21720 nəfər müraciət edib və bu şəxslərdən 17160 nəfəri (79 faizi) əlil hesab olunub. Təkrar müayinədən keçirilmiş 107 min nəfərdən 4 min nəfəri (3,7 faizi) reabilitasiya edilib. Bu göstərici ötən ilin nəticəsindən iki dəfə çoxdur.

S.Müslümov deyib ki, hesabat dövründə tibbi göstərişi olan əlillərə 412 əlil arabası verilib.

İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlil və 85 nəfər sağlamlıq imkanları məhdud uşaq ölkədən kənarda sanatoriya müalicəsi alıb.

Eyni zamanda, respublikada əlillərin bərpası ilə məşğul olan 14 mərkəzdə 3608 nəfər əlil müalicə kursu keçib.


Teqlər:





Xəbər lenti