32 yaşlı qadın itkin düşüb

32 yaşlı qadın itkin düşüb
  13 İyul 2014    Oxunub:966
Balakəndə 32 yaşlı qadın itkin düşüb.
Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, Balakən şəhər sakini Azər Fərman oğlu Süleymanov bacısı, 1982-ci il təvəllüdlü Xumar Fərman qızı Paraxovanın iyulun 11-də yaşadığı evdən naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığı barədə Balakən RPŞ-yə yazılı müraciət edib.

Balakən RPŞ-də Xumar Paraxovanın tapılması istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb, axtarış tədbirləri aparılır.

Balakən RPŞ-dən APA-ya onu da bildiriblər ki, X. Paraxova ailəlidir, əsəb xəstəliyindən əziyyət çəkir.


Teqlər:





Xəbər lenti