İki qardaşı bıçaqlayan gömrük işçisi tutulub - DİN

İki qardaşı bıçaqlayan gömrük işçisi tutulub - DİN
  13 İyul 2014    Oxunub:1103
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Biləcəridəki bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 12-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Fərid Həsənova və qardaşı Şəhriyara bıçaqla xəsarət yetirib.
F.Həsənov hadisə yerində ölüb, Şəhriyar xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Samur Həsənov tutulub.

Xatırladaq ki, qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.



Teqlər:





Xəbər lenti