Sərxoş ər arvadını qətlə yetirdi

Sərxoş ər arvadını qətlə yetirdi
  14 İyul 2014    Oxunub:900
Ağcabədidə ər arvadını qətlə yetirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 13-də Ağcabədi şəhəri Qarabağ küçəsi ev 17 ünvanında baş verib.

Şəhər sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Ərəstun Nizami oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü İsgəndərova Lalə Səfər qızını bıçaqla öldürüb.

Məlumata görə, hadisə baş verən vaxt Ə. İsgəndərov sərxoş olub.

Onun bu əməli qısqanclıq zəminində törətdiyi bildirilir.

Lalə İsgəndərova ərinin həm də əmisi qızıdır.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti