Dolmanın içindən görün nə çıxdı - Foto

Dolmanın içindən görün nə çıxdı - Foto
  14 İyul 2014    Oxunub:676
3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilən zaman, plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 14.663 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti