Heydər Əsədov yeni aqrar siyasətdən danışdı

Heydər Əsədov yeni aqrar siyasətdən danışdı
  14 İyul 2014    Oxunub:795
Avropa İttifaqı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir vurğulayıb ki, layihə əksər beynəlxalq qurumların ekspertləri ilə müzakirə olunub və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilib.
Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi ilə Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaranacaq.


Teqlər:





Xəbər lenti