Deputatlar Şevardnadzeyə ürək sözlərini yazdı

Deputatlar Şevardnadzeyə ürək sözlərini yazdı
  14 İyul 2014    Oxunub:1098
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və qrupun üzvü Rasim Musabəyov Gürcüstanın keçmiş prezidenti, görkəmli siyasi və dövlət xadimi Eduard Şevardnadzenin vəfatı münasibəti ilə Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət edib.
Xatirə dəftərinə ürək sözlərini yazan millət vəkilləri Eduard Şevardnadzenin Heyder Əliyevlə uzun illərə dayanan möhkəm dostluğunu, iki qonşu respublika arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edən böyük layihələri qeyd edib.



Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və üzvü Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan bir tarixi şəxsiyyət kimi xarakterizə edib, onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığı diləklərini çatdırıb.

Səfir hər iki deputata təşəkkür edib.


Teqlər:  





Xəbər lenti