Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  14 İyul 2014    Oxunub:902
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, uyulun 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq.

Gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.


Teqlər:





Xəbər lenti