BMT-dən Azərbaycana müsbət rəy

Layihə ilə bağlı Komitənin Azərbaycan Hökumətinə bu günlərdə təqdim etdiyi rəydə layihənin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının ümumi ruhuna, əsas prinsip və müddəalarına uyğun şəkildə hazırlandığı vurğulanıb.
Bununla yanaşı, Komitənin ekspertlərinin qanun layihəsindəki bir sıra terminoloji ifadə və anlayışların, terminlərin beynəlxalq konvensiyalara uyğunlaşdırılması, ayrı-ayrı maddələrin bir daha təkmilləşdirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırılıb. ƏƏSMN qeyd olunan təkliflərin yeni qanun layihəsində əksini tapması üçün müvafiq işlərə başlayıb.
Xatırladaq ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun layihəsi, həmçinin "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın (2014-2018-ci illər) layihəsi ƏƏSMN-nin rəsmi internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) "Qanunvericilik" bölümündəki "Qanunvericilik layihələri" alt-bölümündə ictimai müzakirəyə təqdim olunub.