Əhəd Abıyev qəzəbləndi: “Utanıb ölmürlər...”

Əhəd Abıyev qəzəbləndi: “Utanıb ölmürlər...”
  14 İyul 2014    Oxunub:1127
“Oğlumun Türkiyədə intihar etməsi xəbəri yalandır. Uşaq Zaqulbada çimərlikdədir, dincəlir özü üçün. Gül kimi oğlandı niyə itihar etsin ki?”.
Bunu AzVision.az-a açıqlamasında Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev oğlu İslam Abıyevin intihara cəhd etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Sabiq deputat bu xəbərlərin böhtan olduğunu deyib: “İntihar edən adamın ən azından əli-qolu cızılar, özünü pis hiss edər. 9-cu mərtəbədən yıxılan adam çilik-çilik olar. Utanıb ölmürlər belə xəbər yayırlar?. Yaraşıqlı oğlandı. İntihar eləmək nədir?”.

Oğlu haqqında belə iddiaların yayılmasının səbəbini isə icra başçısı belə izah etdi: “Belə xəbərlər gözü götürməməkdən yayılır. Orucluqda belə yazıb dinsiz danışarlar? Bu xəbəri yayana azərbaycanlı demək olar?”.

Qeyd edək ki, publika.az-ın yaydığı məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub. Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib. Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti