“Hacı pivəsi” halaldır – Hacı Qamətdən gözlənilməz açıqlama

“Hacı pivəsi” halaldır – Hacı Qamətdən gözlənilməz açıqlama
  14 İyul 2014    Oxunub:2113
Azərbaycanda sələfilərin lideri, fəaliyyəti dayandırılan “Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanov Hacı Şahinin “hacı pivəsi” ilə bağlı fikirlərini dəstəkləyib.
Q.Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, içkinin tərkibində alkoqol yoxdursa, onu içmək olar:

“Bu içkini “hacı pivəsi” adlandırmaq düzgün deyil, sadəcə alkoqolsuz pivə demək lazımdır. Haram olub-olmadığına gəlincə isə, bu içki haram deyil, amma çox həvəskarı olmaq da məsləhət görülmür. Ola bilər ki, bu pivənin tərkibində az da olsa alkoqol var, amma çox təsir etmir deyə qadağan deyil. Buna baxmayaraq yenə də məsləhət görmürük. Başqa içki içsə daha yaxşı olar”-deyə sələfi lideri qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti