İcra başçısı isti havadan şikayətləndi - MÜSAHİBƏ

İcra başçısı isti havadan şikayətləndi - MÜSAHİBƏ
  14 İyul 2014    Oxunub:3127
“İstilər olduğu üçün turizmin səviyyəsi o qədər də ürəkaçan deyil”.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev AzVision.az-a müsahibəsində gördüyü işlərdən, icra başçısı kimi qazandığı uğurlardan və Ağsunun üzləşdiyi turizm problemindən söz açıb.

- Regionların sosial-iqtisadi inkişafı istiqamətində sistemli işlər həyata keçirilib. Bu işlər Ağsuda nə kimi uğurlarla müşayiət olundu?

- Bu gün hər yerdə olduğu kimi, Ağsuda da regionların dövlət sosial-iqtisadi inkişafı dövlət proqramı icra olunur. Ağsu bu gün Respublikanın ən böyük taxılçılıq, heyvandarlıq rayonlarından biridir. Bu gün Ağsuda 50 min baş iribuynuzlu, 150 min baş xırdabuynuzlu mal-qara var, 37 min hektar sahədə taxıl əkilib. AzQranata Şirə və Şərab Emalı Zavodu prezident İlham Əliyevin də dediyi kimi, Cənubi Qafqazda ən böyük müəssisədir. Burada 100 cürə şirə, şərab və kompot və müxtəlif su məlumatları buraxılır. Və bu sular Avropanın, Amerikanın və digər dünya dövlətlərinin ölkələrinə ixrac olunur. Hazırda müəssisədə 1500-ə yaxın işçi işləyir. Həmin müəssisənin bir hektardan yuxarı nar və üzüm bağları və Bakıda böyük ofisi var. Respublikanın bütün bölgələrinə məhsul ixrac olunur. Bu da prezident İlham Əliyevin regionlara olan qayğısıdır.

-Ağsu rayonunda yol infrastrukturu necə qurulub? Hazırda nə kimi işlər görülür?

-Prezident İlham Əliyevin dəstəyi ilə 2012-2013-cü ildə böyük bir yol kompleksinin inşasına başlanıldı. Və 2013-cü ilin sonlarında bu kompleks başa çatdı, Bakıya yeni bir yol əldə etdik. Bu yolun uzunluğu 25.6 kilometrdir. Bu yoldan Ağsunun 14 kəndi, 16 min əhalisi istifadə edir. Digər kəndlərimizə gedən yollarda bu gün infrastruktur işləri görülməkdədir. Ağsunun gözəl bir kəndi var. Çili kəndi. Ağsu-Kürdəmir magistral yolundan 15 kilometr aralıda yerləşən Çili kəndində mədəniyyət evi, idman kompleksi, Heydər Əliyevin adını daşıyan park, müasir üslubda tikilən binalar göz oxşayır. Çilidən başqa, həmin ətrafda 9 kənd yerləşir ki, o kəndlər də müasir üslubda yol tikintisi həyata keçirilib və əhalinin istifadəsinə verilib. Görülən ən böyük işlərdən biri su-kanalizasiya işlərinin başa çatmasıdır. Əminliklə vurğulayıram ki, Ağsu şəhəri tamamilə kanalizasiya sistemi ilə təyin olunub. İki gün bundan öncə isə rayonun yeni su xətti də istifadəyə verilib.

Görülən işlərdən danışırıqsa, xüsusi qeyd etməliyəm ki, Ağsu şəhəri tamamilə qazla təmin olunub. Kəndlərimizin də əksəriyyətində demək olar ki, başa çatıb. Bu günlərə 6 kənddə yeni qaz xəttlərinin istifadəyə verilməsi gözlənilir.

-Bu ilin sonunda hansı işlərin tamamlanması nəzərdə tutulur?

-Hazırda Ağsuda ən müasir standartlara cavab verən xəstəxana tikintisi aparılır. Həmçinin, Yeni Azərbaycan Partiyası binasının tikintisi ilə bağlı işlər gedir. Hər iki binanın 2015-ci ilin yaz aylarında istifadəyə verilməsi nəzərdə tutulub. Ondan əlavə, rayonda 3 məktəbin də təhvil veriləcəyi gözlənilir.

-Söhbətimiz əsnasıznda siz görülən işlərdən, uğurlardan söz açdınız. Rayonun əsas problemi hansılardır?

-İstilər olduğu üçün turizmin səviyyəsi o qədər də ürəkaçan deyil. Turizm sektorunun inkişafı ilə bağlı Mədəniyyət və turizm Nazirliyi ilə birgə layihəmiz var və hazırda həmin layihə üzərində işlər görülür. Yəqin ki, yaxın günlərdə həmin proqramın icrasına başlanılacaq.

PS: Ənvər Seyidəliyev mətbuata tez-tez çıxmağı sevməyən icra başçılarındadır.



Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti